Sionist qəsəbə sakinləri əl-Əqsa Məscidinə basqın ediblər
Noy 15, 2017 17:50 Asia/Baku
Əl-Əqsa Məscidi bir daha sionist qəsəbə sakinlərinin hörmətsizliyinə məruz qalıb.
Fələstin İnformasiya Mərkəzinin məlumatına görə, yüz sionist qəsəbə sakini bu gün çərşənbə günü İsrail rejimi hərbçilərinin dəstəyi ilə Babul-Müğaribədən əl-Əqsa Məscidinə daxil olub və onun müxtəlif yerlərinə hücum çəkiblər.
Halbuki sionist hərbçilər hələ də əl-Əqsa Məscidinə daxil olmaq istəyən fələstinlilərin və onların sənədlərinin yoxlanılması prosesini davam etdirirlər.
Qüds Beynəlxalq Müəssisəsinin məlumatına əsasən, 2016-cı il avqust ayından bu ilin avqust ayına qədər təxminən 23 min 661 sionist qəsəbə sakini əl-Əqsa Məscidinə basqın edib. Bu hal ötən ilin oxşar dövrü ilə müqayisədə 58% artım olduğunu göstərir.