Səd Həriri: Livana qayıdacam
Noy 15, 2017 18:02 Asia/Baku
Livan baş naziri Səd Həriri deyir ki, söz verdiyi kimi Livana qayıdacaq.
Əl-Aləm televiziyasının məlumatına görə, Səd Həriri bu açıqlamanı Livan prezidenti Mişel Ounun çərşənbə günü "İstefasından 12 gün sonra Həririnin qayıtmamasını heç nə əsaslandırmır, Livan onu həbs olunmuş hesab edir və bu Vyana Sazişinə ziddir" deməsindən sonra verib.
Livan prezidenti bildirib: Livan Səd Həririnin qayıtması üçün lazımi tədbirləri görüb və Səd Həririnin girov saxlanılmasını qəbul edə bilmərəm.
Mişel Oun deyib: Səd Həririnin ailəsinin də Səudiyyə Ərəbistanında həbsdə olduğunu təsdiqləyir və mənzilə girərkən və çıxarkən yoxlanılırlar.