Noy 16, 2017 19:33 Asia/Baku
  • Bəşar Əsəd bəzi ərəb ölkələrinin müdaxilələrini qınayıb
    Bəşar Əsəd bəzi ərəb ölkələrinin müdaxilələrini qınayıb

Suriya prezidenti deyib: Bəzi ərəb ölkələri və Ərəb Liqasının bəzi ölkələrin daxili işlərinə müdaxiləsi regional böhranları qızışdırır və ölkələrin dağılması ilə nəticələnir.

İSNA-nın verdiyi məlumata görə, Rusiya Əl-Yəum telekanalının məlumatına əsasən Suriya prezidenti Bəşar Əsəd Dəməşqdə ərəb milli qrupların toplusunda etdiyi çıxışında deyib: Nasionalizm və ərəbçilik məkirli planlar əsasında qurulubsa Suriya xalqı bu kimi ərəbçiliyi istəmir. 

Bəşar Əsəd deyib: Ərəb ölkələrinin müdaxilərləri, Orta şərq və şimali Afrika ölkələrində müharibə və destabilliyin baş verməsi ilə eyni zamanda özünü göstərdi, misal üçün bir qrup ərəb ölkəsi, Ərəb Liqası ilə birlikdə Liviyaya müdaxiləni dəstəklədilər. 

Suriya prezidenti deyib: Ərəblərin ərəb nasionalizminə ehtiyac duymaması kimsənin xeyrinə deyil, ona görə ki, bu gün ərəb xalqlarını narahat edən iki-tirəliklər nasionalist hisslərin olmamasına görədir.

Teqlər