Haarets qəzeti: Səudiyyə Ərəbistanı İsrailin ən yaxşı müttəfiqidir
-
Haarets qəzeti: Səudiyyə Ərəbistanı İsrailin ən yaxşı müttəfiqidir
Sionist Haarets qəzeti yazıb: İsrailin Səudiyyə Ərəbistanından daha yaxşı müttəfiqi yoxdur.
İRİB-in verdiyi məlumata görə, sionist Haarets qəzeti bir məqalədə Səudiyyə Ərəbistanının sionist rejimin mənafeyi istiqamətindəki mövqelər və qərarlarına toxunaraq yazıb: Səudiyyə Ərəbistanı Livan Hizbullahı ilə mübarizə aparır və hətta bir il müddətində Hizbullahla dinc münasibətdə olan Livanın baş naziri Səd Həririni kənarlaşdırdı.
Sionist qəzet " Ərəbistan dostumuzdur" başlıqlı məqalədə yazır: Heç bir ölkə, o sıradan da Amerika Səudiyyə Ərəbistanı qədər İrana qarşı bu qədər sərt və inadkar deyil.
Haaretsin məqaləsində deyilir: Səudiyyə Ərəbistanı Yəmənlə müharibədədir, Fələstin İslami Müqavimət Hərəkatı HƏMAS-a başqaları ilə əlaqələrini gücləndirmək barədə xəbərdarlıq edir və Vaşinqtona İrana qarşı hərəkətə keçməsi üçün təzyiq göstərir və bunlar İsraili razı salır.
Bu sionist qəzet Səudiyyə Ərəbistanının sionist rejimin mövcudluğunun davamı üçün təzminat adlandıraraq yazır: Səudiyyə Ərəbistanının rəftarı İsrailə təhlükəsizlik hissi verir ona görə ki, Təl-Əviv ərəb dövlətlərinin İsraili dağıtmağa çalışdıqlarını düşünürdü amma Səudiyyə Ərəbistanı isralillilərin İranı özlərinin yeganə düşmənləri hesab etmələrinə səbəb oldu.
Haarets İsrailin regionda hərhansı sülh layihəsindən narazı olduğunu bildirərək deyib: Təl-Əviv belə qənaətdədir ki, müştərək düşmənin olması, Səudiyyə Ərəbistanı və digər ərəb ölkələrinin Fələstin mövzusunu unudacaqlarına səbəb olacaq.