Noy 17, 2017 10:12 Asia/Baku
  • Əfqanıstan Siyasi Partiyalar Evi: Əfqanıstan xalqına müharibə tətbiq olunub

Əfqanıstan Siyasi Partiyalar Evi bildirib: ABŞ-ın başçılıq etdiyi koalisiya hərbçilərinin Əfqanıstandakı iştirakının nailiyyəti olmayıb və müharibə bu ölkə xalqına tətbiq olunub.

Təsnim Xəbər Agentliyinin məlumatına görə, Əfqanıstan Siyasi Partiyalar Evi cümə axşamı günü bir bəyanat yayaraq bildirib: Ölkənin hazırkı vəziyyəti nigaranedicidir və de-stabillik gün-gündən artır. 

Əfqanıstan İslam Partiyasının sədri Gülbədin Hikmətyarın Əfqanıstan müharibəsinin etnik müharibə olması haqda açıqlamasını rədd edən bu bəyanatda bildirilir: Bu müharibə etnos müharibəsi deyil, daxili, regional və beynəlxalq cəhətləri vardır. 

Vahid Əfqanıstan partiyasının sədri də ABŞ-ın bu ölkədəki 16 illik hərbi iştirakını məğlub olmuş adlandırıb və deyib: Əfqanıstanda terrorçuların sayı hələ də artmaqdadır. 

Əfqanıstan Milli Rifah partiyasının sədri Məhəmməd Həsən Cəfəri də deyib: Tətbiq olunan müharibənin bədəlini Əfqanıstan vətəndaşları ödəyir və bu ölkədəki müharibənin əsas səbəbkarı ABŞ-dır. 

Hal-hazırda Əfqanıstanda 17 min əcnəbi hərbçi, o cümlədən 14 min amerikalı hərbçi vardır. 

Teqlər