Kabildə terror aktında həlak olanların sayı artıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i286670-kabildə_terror_aktında_həlak_olanların_sayı_artıb
Əfqanıstan paytaxtı Kabildə terror aktında həlak olanların sayı 14 nəfərə çatıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 17, 2017 07:25 Asia/Baku
  • Kabildə terror aktında həlak olanların sayı artıb

Əfqanıstan paytaxtı Kabildə terror aktında həlak olanların sayı 14 nəfərə çatıb.

İRİB-in məlumatına görə, Kabil Polis Mərkəzinin sözçüsü Bəsir Mücahid bildirib: Qəsr-Novin oteli qarşıxında törədilən terror aktı nəticəsində, 14 nəfər, o cümlədən 8 polis əməkdaşı və 6 sivil həlak olub. 

Bu partlayışda, 18 nəfər, o cümlədən 7 polis əməkdaşı və 11 sivil yaralanıb. 

İŞİD terror qruplaşması ötən gün bir müraciət yayaraq Kabil şəhəri Xeyrxanə məhəlləsi Qəsr-Novin oteli qarşısındakı partlayışın məsuliyyətini üzərinə götürüb.