İŞİD terrorçuları Suriyanın Bukəmal şəhərində mühasirəyə düşüblər
-
İŞİD terrorçuları Suriyanın Bukəmal şəhərində mühasirəyə düşüblər
Suriya ordusu və müttəfiq qüvvələr Bukəmal şəhərinə nəzarəti ələ keçirməklə İŞİD terrorçuları olduqları məntəqələrdə mühasirəyə düşüblər.
Əl-Məyadin informasiya kanalının verdiyi məlumata görə, məlumatlı bir mənbə deyib: Müqavimət qüvvələri İŞİD terrorçularının Bukəmal şəhərindəki mövqelərini ətraf kəndlərdən ağır atəşə tutublar. Və şəhərin qərbində, Əl-Həmdan hava limanında yerləşmiş qüvvələr İŞİD-ə qarşı mühasirənin daraldılması əməliyyatına başlayıblar.
Bu mənbə həmçinin deyib: Bukəmalın terrorçulardan təmizlənməsi ilə paralel olaraq, Suriya ordusu Deyrəzzur vilayətində yerləşən Əl-Məyadin şəhərinin cənub-şərqinə doğru irəliləyir. Hazırda ordu və müttəfiq qüvvələr şimal-qərb istiqamətindən Bukəmal şəhərinin 40 kilometrliyinə qədər irəliləyərək, Badiyətül Dəvir məntəqəsinə çatıblar.
Bu arada Rusiya ordusu hava qüvvələrinin bombardmançı təyyarələri bu gün Bukəmal şəhəri və ətraf məntəqələrdə terrorçuların mövqelərini bombalayıblar.
Deyrəzzur vilayətində yerləşən Bukəmal şəhərinin 120 min əhalisi var və təqribən 3 ildir ki, İŞİD terrorçularının işğalı altındadır. Bukəmal şəhəri İŞİD-in Suriyada sonuncu əsas sığınacağı sayılır.