Ərəbistanın Yəmənə qarşı cinayətləri davam edir
-
Ərəbistanın Yəmənə qarşı cinayətləri davam edir
Ərəbistan qırıcıları Yəmənə qarşı hücumlarının davamında bu ölkənin Həccə vilayətində bir bazarı bombalayıblar. 17 nəfərin öldüyü bu hadisədə çoxlu sayda insan da yaralanıb.
Ərəbistan qırıcıları Yəmənin Həccə vilayətində bir bazarı bombalayıblar. Nəticədə 17 mülkinin həyatını itirdiyi bildirilir. Təcavüzkar qüvvələr həmçinin Herz və Midi vilayətlərinə qarşı 18 hücum əməliyyatı həyata keçiriblər. Bu arada “İnter Sept” internet portalı BMT-nin Yəmənin Ərəbistan tərəfindən mühasirədə saxlanılması ilə bağlı məxfi bir sənədini yayımlayıb. Bu sənədə əsasən hər hansı bir xarici tərəfin Yəmənə ballistik raket verməsi ilə bağlı hər hansı bir fakt aşkar edilməyib və Ərəbistan bilərəkdən Yəmənə humanitar yardımların çatdırılmasına mane olur.
BMT-nin Beynəlxalq Ərzaq Proqramı, YUNİSEF və Ümumdünya Səhiyyət Təşkilatı bir daha Ərəbistanın Yəməni mühasirədə saxlamaq və bu ölkəyə humanitar yardımların daxil olmasına mane olmaqla 20 milyon əhalini məhvə sürüklədiyi barədə xəbərdarlıq ediblər.
BMT-nin baş katibi Antonio Quterreş urəyinin sındığını deir. Yəməndə daha 150 min uşağın taleyi ölümə məhkum edilib. Milyonlarla yəmənli vəba və difteriyadan əziyyət çəkir. Ərəbistan Yəmənə dərman preparatlarının gətirilməsinə mane olur. Amma, Ərəbistanın BMT-dəki səfiri deyir: “Ərəbistan Yəmənə humanitar yardımlar göndərir və vəbayə nəzarətin edilməsinə kömək edir”.
Amerikalı araşdırmaçı yazar Havard isə deyir: “Əsas sözü pul deyir. Amerika silahlarını satır və sükut edir”.
BMT-nin sabiq baş katibi Kofi Annan isə ABŞ prezidentindən yəmənlilərin günahının nə olduğunu soruşmaq istədiyini deyir.