Noy 20, 2017 10:49 Asia/Baku
  • Suriyanın Homah vilayətində başqa iki bölgə azad edilib
    Suriyanın Homah vilayətində başqa iki bölgə azad edilib

Suriya ordusu öz müttəfiq qüvvələri ilə birlikdə ölkənin qərbində Həma vilayətinin şimal şərqindən 90 km aralıda başqa iki bölgəni terrorçu Cəbhətünnüsrə qrupunun nəzarətindən geri alıblar.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Suriya ordusu və onun müttəfiqləri Həma şəhərinin şimal şərqində Cəbhətünnüsrə terror qrupuna qarşı əməliyyatlarını davam etdirirlər və bu qrupun Hürdanə və Hərran bölgələrindəki mövqelərini məhv edərək bu bölgələri terrorçulardan geri alıblar. 

Bu əməliyyatda çoxlu sayda terrorçu məhv edilib. 

suriya qüvvələri dünən də Homah vilayətində Qəsr Əli və Ərəfə bölgələrini həmin terrorçu qrupdan geri almışdılar. 

Suriya ordusu və silahlı qüvvələri 2017-ci il 25 oktyabrdan Hələb vilayətinin cənub şərq, Həma vilayətinin şimal şərq ərazirlərini Cəbhətünnüsrə və digər terrorçu qruplardan təmizləmək məqsədi ilə əməliyatlara başlayıblar. 

Suriya ordusu İŞİD-i Homahın ətrafından qovduğunu elan etdikdən sonra həmin bölgədə terrorçu Cəbhətünnüsrə qrupunu məhv etmək üçün əməliyyatlara başladı. 

Teqlər