Ərəb Liqasının anti-İran bəyanatı əsassız söz oyunudur
Səudiyyə Ərəbistanının çağırışı ilə baş tutan Ərəb Liqasının xarici işlər nazirlərinin iclası İrana qarşı əsassız və təkrar iddalardan ibarət bəyanat yayıb.
Röytersin verdiyi məlumata görə, bu bəyanatda Səudiyyə Ərəbistanının iddiaları təkrarlanaraq İran regionda müdaxilədə ittiham edilib və bildirilib ki, yəmənli qüvvələr tərəfindən Ər-Riyada vurulan raket İranın istehsalı imiş.
Bu iddiaya rəğmən BMT-nin Təhlükəsizlik Şurasının təyin etdiyi heyət şənbə günü qərb diplomatlarına ünvanladığı məktubda bildirib ki, Səudiyyə Ərəbistanının Yəmən qüvvələrinin son raket hücumu barədə İranın rol oynamasına dair iddialarının sübut edilməsi üçün heç bir fakt müşahidə olunmayıb.
Ərəb Liqasının bəyanatı Səudiyyə Ərəbistanının təzyiqləri və təlqinlərinin təsiri altında yayılaraq Tehranı Ər-Riyada qarşı hərbi təşəbbüsdə ittiham edib.
Ərəb Liqasının bəyanatında həmçinin İran İslam Respublikasından "region ölkələrinin daxili işlərinə müdaxilə"-dən əl çəkməsi istənilib.
Amerika və Səudiyyə Ərəbistanının başçılıq etdikləri terrorçuların İraq və Suriyada məğlubiyyətə uğramaları və bu istiqamətdə İranın İraq və Suriyanın qanuni dövlətləri ilə əməkdaşlıqları Ər-Riyadın Tehranın regional rolundan qəzəblənməsinə səbəb olub.
Ərəb Liqası öz bəyanatında Səudiyyə qüvvələri tərəfindən Yəmənə hücumlar və bu ölkənin blokadasına eləcə də Livanın baş naziri Səd Həririnin Ər-Riyadda həbs edilməsi və istefaya məcbur edilməsinə işarə olunmayıb.
Ərəb Liqasının XİN başçıları Səudiyyə Ərəbistanının çağırışı ilə bazar günü Qahirədə iclas keçirdi, bu iclasda liqanın bəzi üzvləri, o sıradan Livan və İraq iştirak etməmişdi.