Fələstin müqavimət qüvvələri Ərəb Liqasının bəyanatına etiraz ediblər
Noy 20, 2017 13:29 Asia/Baku
Fələstin İslami Müqavimət Hərəkatı(HƏMAS) və Fələstin İslami Cihad Hərəkatı(FƏTH) Ərəb Liqasının Livan Hizbullahına qarşı bəyanatını pisləyiblər.
İRNA-nın bugünkü məlumatına görə, Fələstin müqavimət qrupları Ərəb Liqasının Livan Hizbullahına qarşı bəyanatını təhlükəli adlandırıb və bildiriblər ki, Hizbullah sionist rejimə və terrorizmə qarşı ən önəmli qüvvədir.
Fələstin müqavimət qrupları təkid ediblər ki, Livan Hizbullahının terrorizmdə ittiham edilməsi sionist rejim və Amerikaya xidmətdir və Səudiyyə Ərəbistanını razı salmaq xarakteri daşıyır.