Əl-Buamal; İŞİD-in son ümid yeri artıq azad olub
-
Əbu-Kamal; İŞİD-in son ümid yeri artıq azad olub
Əl-Bukamal şəhəri Suriya ilə İraq sərhəddində yerləşir. Bu şəhər şənbə günü Suriya ordusu qüvvələrinin tam nəzarətinə keçdi və İŞİD terrorçuları səhra ərazilərinə qovuldu.
İŞİD bu böyük məğlubiyyətlə müharibə meydanında tam məğlub olmaq ərəfəsindədir. Bukamal şəhəri İŞİD-in işğalında olan Suriyanın son şəhər ərazisi idi. Suriya ordusu İslam İnqilabının Keşikçiləri Korpusu, Hizbullah, xalq qüvvələri, Fatimiyyun, Zeynəbiyyun və Heydəriyyun qüvvələrinin müşayiəti ilə bu bölgədə İŞİD-çilərin fəaliyyətlərinə son qoymaq qərarına gəldi və bu məqsəd tamamilə reallaşdı. İŞİD-çilərin bölgəni tam tərk etmələri Suriyanın İŞİD-dən tam təmizlənilməsi deməkdir. Bukamal şəhərinin Bağdad-Qaim və Dəməşq əsas şose yolunda yerləşməsi və zəngin neft mənbələrinə malik olması onun strateji əhəmiyyətinə səbəb olub və bu şəhər İraq ilə Suriya arasında məhsul və enerji nəqliyyatı sahəsində önəmli rola malikdir. Suriya ordusunun Bukamal şəhərini öz nəzarətinə alması ilə İraq-Suriya sərhədləri nəzarətə alınmış olub. Diqər tərəfdən bölgənin strateji mövqeyi son aylarda Suriya ordusu və onun müttəfiqləri ilə Amerikanın himayəsi altında olan kürd qüvvələr arasında bu şəhəri nəzarərə almaq sahəsində kəskin rəqabətə səbəb olmuşdu. Nəhayət Suriya ordusunun şəhərə nəzarəti tam təmin etməsi ilə Amerikanı bu rəqabətin uduzan tərəfi hesab etmək olar. Amerika Suriya dövlətinin İŞİD-i məhv etmək əməliyyatlarını əlindən gələn qədər əngəlləməyə cəhd göstərsə də, sonda məqsədinə nail ola bilmədi. Suriya ordusunun İslam İnqilabının Keşikçiləri Korpusu və Hizbullahın eləcə də xalq qüvvələrinin müşayiəti və köməyi ilə İŞİD-in məhv edilməsindəki əsas rolunu görməməzliyə vurmaq olmaz. Ona görə ki, İŞİD və onun qərb, sionist və ərəb himayədarları İraq və Suriyada müqavimət mehvərini sındırmaq və İŞİD-in fəaliyyətləri nəticəsində regionda istədikləri məqsədə nail olmaq üçün əllərindən gələni etdilər. Amma bu gün İŞİD-in dağılmış ünsürləri Bukamal çöllərinə dağılışıblar və təslim olmaq yaxud ölməkdən başqa yolları yoxdur. İŞİD-in Suriyadakı fəaliyyəti üçün son ümid yeri olan Bukamal da azad edildi.