Əl-Husi: Ərəb Liqasının iclası nəticəsiz idi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i286893-Əl_husi_Ərəb_liqasının_iclası_nəticəsiz_idi
Yəmən inqilabının ali komitəsinin sədri deyib: Gözlənildiyi kimi Ərəb Liqasının xarici işlər nazirlərinin son Qahirə iclası nəticəsiz qaldı.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 20, 2017 11:32 Asia/Baku
  • Əl-Husi: Ərəb Liqasının iclası nəticəsiz idi
    Əl-Husi: Ərəb Liqasının iclası nəticəsiz idi

Yəmən inqilabının ali komitəsinin sədri deyib: Gözlənildiyi kimi Ərəb Liqasının xarici işlər nazirlərinin son Qahirə iclası nəticəsiz qaldı.

İRNA-nın bu gün verdiyi məlumata görə, Yəmənin Əl-Məsirə telekanalı bildirib ki, Yəmən inqilabı ali komitəsinin sədri Məhəmmədəli Əl-Husi tvitter səhifəsinə yazıb: Səudiyyə Ərəbistanı Ərəb Liqasının iclasına sırf ona görə getdi ki, əli-qolu bağlı qalmayacaqlarını elan etmiş olsun. 

Əl-Husi deyib: Qahirə iclasında Livan Hizbullahının terrorçu adlandırılmasının yerinə bu iclasdan qəsibkar sionist rejimin xüsusiylə atom silahları təhlükəsinin araşdırılması və Təl-Əvivin terrorçu rejim kimi təqdim olunması gözlənilirdi.