Səudiyyə Ərəbistanında 9 min bank hesabı dondurulub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i286937-səudiyyə_Ərəbistanında_9_min_bank_hesabı_dondurulub
Ali-Səud ifşaçısı Səudiyyə Ərəbistanında şahzadələrə aid olan 9 min bank hesabının dondurulmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 20, 2017 18:02 Asia/Baku
  • Səudiyyə Ərəbistanında 9 min bank hesabı dondurulub
    Səudiyyə Ərəbistanında 9 min bank hesabı dondurulub

Ali-Səud ifşaçısı Səudiyyə Ərəbistanında şahzadələrə aid olan 9 min bank hesabının dondurulmasından xəbər verib.

İRİB-in Livanın Əl-Əhd xəbər portalına istinadən verdiyi məlumata görə, Müctehid adı ilə Ali-Səud xanədanının pərdəarxası sirləri xüsusunda Tvitter səhifəsində məlumatlar yayan şəxs yazıb: Ərəbistanlı varlılar qorxuya düşüblər və bu ölkə banklarında misli görünməmiş hərc-mərclik müşahidə olunur. 

Müctehid bildirib: Səudiyyə Ərəbistanının bölgə rəhbərlərindən olan şahzadə Əbdül-Əziz Bin Fəhəd əmlakının müəyyənləşdirilməsindən sonra saraylardan birinə köçürülüb və Səudiyyə vəliəhdi Məhəmməd Bin Salman ona bütün var-dövlətini təhvil verəcəyi təqdirdə Səudiyyədən çıxmasına izn veriləcəyinə dair söz verib.