Noy 20, 2017 21:34 Asia/Baku
  • İŞİD-in işi bitdi
    İŞİD-in işi bitdi

İraqın Ravə şəhərinin azad olunması ilə coğrafi və döyüş meydanları baxımından İŞİD-in İraqdakı işi sona çatıb.

Bu sonluq İraq və Suriya vətəndaşlarının şənlik keçirmələri və İran İslam Respublikasını alqışlamaları ilə nəticələnib. Bu da İslam İnqilabı Keşikçilər Korpusu Sepahın terrorizm əleyhinə qüvvələrinin İraq və Suriya qüvvələrinə köməyi və məsləhətləri İŞİD terror qruplaşması və ABŞ və sionist İsrail rejiminin region ölkələrinə qarşı təhlükəli planlarını elə peyda olduğu yerdə məhv etdi.

İŞİD Suriyada qarşıdurmaların gərgin olduğu dövrdə təkfirçi terrorçuların amansız hərəkətləri nəticəsində peyda oldu.

Bu günlərdə son nəfəslərini çəkməkdə olan qruplaşma bir müddət öncəyə qədər İraq, Şam və Afrika buynuzuna qədər hökumət etmək sevdasına düşmüşdü.

ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton deyib: Biz problemin yaranmasına kömək etdik və indi onunla savaşırıq.

Bu qruplaşma təkfirçi vəhhabi ideologiyasına arxalanaraq, ABŞ və sionist rejimin lojistik, siyasi və informasiya dəstəyinin kənarında  Ərəbistanın maliyyə himayəasindən faydalanaraq formalaşdı, inkişaf etdi və röyalarını izlədi.

İŞİD-in fəthləri Fələstinin işğalı zamanı sionistlərin metoduna daha çox bənzəyirdi. Bu terror qruplaşması qorxu-dəhşət yaratmaqla və tükürpərdici cinayətlər törətməklə çox az müqavimət görərək İraq və Suriya şəhərlərini bir-birinin ardınca işğal etdi. Uşaqları edam edir, qadınları kənizliyə götürür və əsirləri diri-diri yandırırdı.

İŞİD Suriyanın bir çox ərazisini ələ keçirdikdən sonra İraqa yollandı. Sabiq Bəəs rejiminin ünsürlərinin xəyanəti ilə Bağdadın yaxınlığına qədər irəlilədi. Təkfirçi ideologiyasının genişləndirilməsi kənarında neft qaçaqçılığı İŞİD-in maliyyə və ideoloji əsası idi.

ABŞ-ın sabiq dövlət katibi Con Kerri deyib: Biz bilirdik ki, İŞİD fenomeni genişlənməkdə idi və biz tamaşa edirdik. Biz İŞİD-in gücünün artmasının şahidi idik, Bəşşar Əsədin hədələndiyini və ehtimal üzrə məsələni Bəşşar Əsədin müzakirələrə daxil olması ilə nəticələnəcək formada idarə edə biləcəyimizi düşündük.

MKİ-nin yayılan sənədləri İŞİD ABŞ, İngiltərə və sionist rejimin təhlükəsizlik servislərinin birgə məhsulu olduğunu əks etdirir.

ABŞ Milli Təhlükəsizlik Agentliyinin sabiq əməkdaşı Eduard Snouden deyib: İŞİD qruplaşması İsraili dəstəkləmək üçün təşkil olunub. Arı Yuvası əməliyyatının məqsədi islam şüarları ilə qruplaşmanın təşkil olunmasıdır. Belə ki, dünyanın hər bir yerindən radikalları toplasın və təkfirçi ideologiyasına əsasən öz silahını İsrailin mövcudluğuna qarşı olan ölkələrə doğru tuşlasın.   

Bu təkfirçi-sionist qruplaşma düz o zaman təşkil olundu ki, İslami Oyanış dalğası hər bir istiqamətdən sionist rejimin sərhədlərinə qədər gəlib çatmışdı və mövcudluq təhlükəsi bu rejimi hər zamankından daha çox hədələyirdi.

6 il ərzində böhranlar yaradan İŞİD İsrailə doğru bir güllə belə atmadı, üstəlik Suriya xalqının müqavimətindən yaralanan terrorçular işğal olunmuş ərazilərdə müalicə olunurdu. Amma bu, macəranın hamısı deyildi. İŞİD-i yaradanlar öz hesablamalarında müqavimət amilini görməməzliyə vurmuşdular. İŞİD-in cinayətləri və müqəddəs məkanlara təcavüz etmək cəhdləri Müqavimət Mehvərinin qərb, ərəb və sionist mehvərinin hesablamalarını puça çıxarması ilə nəticələndi. Belə ki, bu günlər İŞİD artıq son nəfəslərini çəkir.

Politoloq Hüseyn Abidini deyib: Bir nəfəri və bir qüdrəti bu müharibənin qalibi hesab etmək istəyiriksə, şübhəsiz İran İslam Respublikasıdır.

İŞİD bu gün son nöqtəyə çatıb. Bu qruplaşma yeni Yaxın Şərq planının icraçısı olmalı idi. Bu plan region xalqlarının müqaviməti ilə iflasa uğradı. Amma bu müqavimətin nəticəsi ABŞ-ın siyasətlərinin rolu olmayan Yaxın Şərqin doğulmasıdır.  

 

Teqlər