Səd Həriri: Mişel Ounun istəyi ilə istefamı təxirə saldım
Səd Həriri Livan prezidenti Mişel Ounun istəyi ilə baş nazirlik vəzifəsindən istefasını təxirə saldığını bildirib.
Səd Həriri 4 noyabrda Səudiyyə Ərəbistanı paytaxtı Ər-Riyadda oxuduğu bəyanata əsasən Livan baş naziri vəzifəsindən istefa verdi və Səudiyyə Ərəbistanında naməlum məsələlərlə dolu istefasından 18 gün sonra, nəhayət Beyruta qayıtdı.
İSNA-nın Sky Newsa istinadla verdiyi məlumata görə, Səd Həriri çərşənbə günü Livan prezidenti Mişel Oun və parlament sədri Nəbih Berri ilə görüşdən sonra deyib: Prezident Mişel Oun məndən istefamı təxirə salmağımı istədi və mən bu istəyi qəbul etdim ki, onun motivasiyası və səbəbləri haqqında danışıqlar aparım.
Səd Həriri region hadisələri qarşısında Livanın qorunması üçün Mişel Ounla əməkdaşlığa tam sadiq qaldığını bildirib və ümidvarlıq edib ki, prezident və Livanın digər siyasi liderləri ilə müzakirələri olacaq. Belə ki, bu şəraitdən çıxmaq üçün həll yolu tapılsın.
Həriri bildirib: Livanın bütün qrupları Taif razılaşmasına sadiq qalmalı və ölkəni regional böhranlardan uzaq saxlamaq üçün çalışmalıdır. Livan bu haqda öz tərəfsizlik siyasətini davam etdirməlidir.
Livan baş naziri Livanın bütün siyasi cərəyanları ilə milli mənafe əsasında ciddi və real müzakirələrə hazır olduğunu bildirib və deyib: Bu müzakirələrdə milli mənafe xarici və qrup mənafelərindən üstün tutulmalıdır.