Noy 23, 2017 10:17 Asia/Baku
  • İranın humanitar yardım yükü Bukamal şəhərinə çatıb

İran İslam Respublikasının humsniyst yardımları dünən Suriyanın şərqində yerləşən yenicə azad edilmiş Bukamal şəhərinə daxil edilib.

İRİB-in verdiyi məlumata görə, bu yük ərzaq malları və dərmandan ibarətdir. 

İİR Bukamalın İŞİD terrorçularının işğalından azad eidlməsindən sonra bu şəhərə ilk humanitar yardım göndərən ölkədir. 

Bukamal sakinlərindən ibarət yüzlərlə adam şüarlar səsləndirərək İran dövləti və xalqının yardımlarına görə öz təşəkkürlərini bildiriblər. 

Suriya ordusu və müqavimət qüvvələri 19 noyabrda Bukamal şəhərinə İŞİD-in işğalından tamamiylə azad etdilər. 

Bukamalın azad edilməsi ilə, Suriyada İŞİD terrorçularının işi bitmiş oldu. 

 

Teqlər