Suriya müxalifləri Cenevrəyə müzakirə heyətinin ezam olunması üzrə razılığa gəliblər
Suriya müxalifləri Səudiyyə Ərəbistanı paytaxtı Ər-Riyadda Suriya böhranının həlli üzrə Cenevrə müzakirələrinə müzakirə heyətinin göndərilməsi üzərində iki gün münaqişədən sonra razılığa gəliblər.
Əl-Aləm televiziyasının məlumatına görə, Suriya müxalif qruplarının Ər-Riyaddakı razılaşmasıa əsasən, müxalif qruplar arasından 50 nəfərdən ibarət heyət İsveçrəyə ezam olunacaq və 28 noyabrda BMT-nin nəzarəti altında keçiriləcək Suriya böhranının həlli üzrə 8-ci Cenevrə müzakirələrində iştirak edəcək.
Suriyalı müxalif qrupların razılaşması elə bir halda baş tutub ki, İran, Rusiya və Türkiyə Suriyada Milli Konqresin keçirilməsi və siyasi həll yolunun əldə olunması üçün önəmli praktiki addımları ata bilmişlər.
Suriya Müzakirələri Ali Heyəti adı ilə təşkil olunan və Suriya müzakirələrində müxalifətin ən əsas nümayəndələrindən hesab olunan suriyalı müxaliflərin öncəki heyəti yerli və xarici irimiqyaslı tənqidlərə görə ləğv olundu, son günlərdə isə onun bəzi liderləri, o cümlədən Riyaz Hicab öz vəzifəsindən kənarlaşdı.
Suriyada böhran 2011-ci ildən regionun proseslərini sionist rejimin xeyrinə dəyişmək məqsədilə Səudiyyə Ərəbistanı, ABŞ və müttəfiqlərinin dəstəklədiyi terror qruplaşmalarının irimiyqaslı hücumları ilə başlandı.