Noy 25, 2017 16:26 Asia/Baku
  • Suriya dövləti ilə müxalifət arasında atəşkəs razılaşması əldə olunub
    Suriya dövləti ilə müxalifət arasında atəşkəs razılaşması əldə olunub

Rusiyanın Suriyadakı barışıq mərkəzi suriyalı müxaliflərlə Suriya dövləti arasında yeni razılaşmadan xəbər verib.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Rusiyanın Suriyadakı barışıq mərkəzi bir bəyanatda bildirib: Suriya dövlətinin silahlı müxalifətlə müzakirələrindən sonra müxaliflərin humanitar yardımların çatdırılması üçün təhlükəsizliyin təmin olunması məqsədi ilə şərqi Qutədə atəşkəs rejiminə sadiq qalmaları barədə razılıq əldə olunub. 

Rusiya, İran İslam Respublikası və Türkiyə prezidentləri 2017-ci il 22 noyabrda Soçi şəhərində keçirilən üçtərəfli müzakirələrdən sonra Suriyada çaxnaşmanın məhdudlaşdırlması üzrə bölgələrin yaradılması əməliyyatının davam etdirilməsinə təkid etdilər. 

Bu əməliyyat Astana müzakirələri çərçivəsində və terrorçulara yekun qələbə məqsədi ilə eləcə də suriyalı tərəflər arasında geniş müzakirələrə dəstək naminə həyata keçirilir. 

Teqlər