H.Kərzay: Əfqanıstanda mülkilərin tələfatının səbəbkarı Amerikadır
Noy 26, 2017 15:16 Asia/Baku
-
H.Kərzay: Əfqanıstanda mülkilərin tələfatının səbəbkarı Amerikadır
Əfqanıstanın keçmiş prezidenti deyib: ABŞ-ın Kabildə hərbi fəaliyyətlərinin artması ilə əfğan mülkilərin tələfatı da artıb.
İRİB-in Kabildən verdiyi məlumata görə, Hamid Kərzəy bu gün Almaniyada keçirilən elmi konfransda deyib: Amerikan hərbçilərin Əfqanıstandakı hava hücumlarının artması, əfqan mülkilərin tələfatının artması və ölkədə destabilliyin geniş vüsət alması ilə nəticələnib.
Hamid Kərzay bir daya ağsaqqallar məclisinin keçirilməli olduğunu vurğulayıb və deyib: Əfqanıstan xalqı öz taleyini özü təyin etmək istəyir.
Hal-hazırda Əfqanıstanda 14 min əcnəbi hərbçi fəaliyyət göstərir və onlardan 11 min nəfəri amerikan hərbçilərdən ibarətdir. Vaşinqton Əfqanıstandakı hərbçilərinin sayını artırmaq niyyətindədir.