Ənsarullahın baş katibi: Səudiyyə Ərəbistanı Yəmən xalqından intiqam alır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i287511-Ənsarullahın_baş_katibi_səudiyyə_Ərəbistanı_yəmən_xalqından_intiqam_alır
Yəmən Ənsarullah Hərəkatının baş katibi deyib: terrorçu təkfirçi İŞİD qrupunun regionda məğlub edilməsindən sonra Səudiyyə Ərəbistanı Yəmən xalqından intiqam almaq istəyir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 26, 2017 11:49 Asia/Baku
  • Ənsarullahın baş katibi: Səudiyyə Ərəbistanı Yəmən xalqından intiqam alır
    Ənsarullahın baş katibi: Səudiyyə Ərəbistanı Yəmən xalqından intiqam alır

Yəmən Ənsarullah Hərəkatının baş katibi deyib: terrorçu təkfirçi İŞİD qrupunun regionda məğlub edilməsindən sonra Səudiyyə Ərəbistanı Yəmən xalqından intiqam almaq istəyir.

Əl-Məyadin telekanalının verdiyi məlumata görə, Əbdül-Məlik Bədrəddin dünən gecə təkfirçi İŞİD qrupunun Suriya və İraqda məğlubiyyətə uğramsını müqavimət məhvərinə və region xalqlarına təbrik edərək deyib: Bu qələbə region xalqlarının qələbəsidir və onları ABŞ və onun muzdluları xüsusiylə də Səudiyyə Ərəbistanı tərəfindən yaradılan böyük bir şərdən  və geniş yayılan müsibətdən mühafizə edir. 

Ənsarullah hərəkatının baş katibi deyib: Səudiyyə rejimi İŞİD-in məğlubiyyətini özünün və ABŞ-ın planının məğlubiyyəti hesab edir və bu məğlubiyyətdən sonra bizdən intiqam almaq istəyir. Buna görə də, qarşıdakı günlərdə Səudiyyə Ərəbistanının hücumlarının gücləndirilməsi qarşısında özümüzü hazırlamalıyıq.