Noy 26, 2017 15:19 Asia/Baku
  • Əl-Cəzirə və Fəratın azad edilməsi əməliyyatında terrorçular məhv edilib
    Əl-Cəzirə və Fəratın azad edilməsi əməliyyatında terrorçular məhv edilib

İraqın müharibə üzrə informasiya qərargahı bildirib: terrorçu İŞİD qrupu ünsürlərinə qarşı iki hava hücumunda Əl-Cəzirə və Fərat bölgələrində bir neçə terrorçu öldürülüb.

Əl-Aləm telekanalının verdiyi məlumata görə, İraq ordusu hərbi təyyarələrinin İŞİD ünsürlərinə hücumu nəticəsində Mosulun cənubunda Əl-Həzr şəhərinin qərbində içərisinə bomba yerləşdirilmiş bir avtomobil məhv edilib. 

İraq ordusunun hərbi təyyarələri həmçinin terrorçu İŞİD ünsürlərindən 7 nəfərini öldürüblər və yanacaq daşıyan 3 yük maşını və bir rabitə qülləsini Cenevrə aeroportu yaxınlığında məhv ediblər. Həmin qüllədən terrorçular əlaqə üçün istifadə edirmişlər. 

Eyni zamanda İraqın qərbi üzrə hərbi komandan bu bölgədə 4 min 200 kvadrat kilometr ərazinin terrorçulardan təmizlənilməsindən xəbər verib. Əbdül-Əmirin dediyinə görə, Səlahəddin və Əl-Ənbar vilayətlərində səhra ərazilərinin terrorçulardan təmizlənilməsi əməliyyatının davamında İraqın silahlı qüvvələri indiyədək 40-dan çox kəndi terrorçuların işğalından azad ediblər. 

Teqlər