Bəhreyn din xadimləri Şeyx İsa Qasimin cismani durumundan nigarandırlar
Tanınmış bəhreynli ruhani Şeyx İsa Qasimin cismani durumu Bəhreynin din xadimləri və bu ölkədəki insan hüquqlarını müdafiə cəmiyyətlərinin nigarançılığına səbəb olubdur.
Bəhreyn Din Alimləri İslami Şurasının üzvü Şeyx Muhəmməd Həsən Xucəstə deyibdir ki, Şeyx İsa Qasimin çəkisi icbari yerləşmədə yarıya enib və onun tibbi müayinə və müalicəyə ehtiyacı var.
Bəhreyn insan haqları toplantısı və sülh təşkilatı dünya ölkələrindən Ayətullah Şeyx İsa Qasimin həyatını xilas etmək üçün öz məsuliyyətlərinə əməl etmələrini istəyiblər.
Bəhreyndə siyasi fəal və həkim İbrahim Əliradi deyibdir ki, Ayətullah Şeyx İsa Qasim daxili qanaxmaya düçar olub və cərrahiyyə əməliyyatına ehtiyaclıdır.
İnformasiya mənbələrinin məlumatlarına görə, Ayətullah Şeyx İsa Qasimin vəziyyətinin ağırlaşmasına görə, Ali-Xəlifə rejimi Bəhreyn ruhaniləri və xalqının etirazlarından sonra güclü təhlükəsizlik tədbirləri və nəzarət altında olan həkimlərin bu ruhaninin müalicəsilə məşğul olmaları ilə razılaşıbdır.
Ali-Xəlifə rejimi Bəhreyn şiələrinin rəhbəri Şeyx İsa Qasimin vətəndaşlığını əlindən alıb, onu mühakimə etməklə 2016-cı ilin iyunundan bu din aliminin məskunlaşdığı Əlduraz məntəqəsini mühasirə və şiələrin bu məntəqədə namazan qılmalarını qadağan edibdir.
Bəhreyn 2011-ci il fevralın 14-dən Ali-Xəlifə rejiminə qarşı xalq inqilabı səhnəsidir. Bəhreyn xalqı azadlıq, ədalətin bərqərarı, ayrı-seçkiliyin aradan götürülməsi və ölkəsində seçilmiş hökumətin hakimiyyətə gəlməsini istəyir.