Bağdadda terror aktında 17 nəfər həlak olub
Noy 28, 2017 09:25 Asia/Baku
-
Bağdadda terror aktında 17 nəfər həlak olub
Dünən axşam iraqlı mənbələr bildiriblər ki, Bağdadın cənub şərqində törədilən partlayışda 17 nəfər ölüb, 28 nəfər yaralanıb.
İRNA-nın verdiyi məlumata görə, İraqın Daxili İşlər Nazirliyi də bildirib ki, Bağdadın cənub şərqində Nərvəvan rayonunda iki komikadze ilk öncə əhalinin üzərinə atəş açıblar və sonra onlardan biri özünü partladıb.
Terrorçu İŞİD qrupu bu terror aktının məsuliyyətini öz üzərinə götürüb.
Ötən həftə də Bağdadın cənubunda Əl-Yusifiyyə rayonuda bazarın yaxınlığında yolkənarı bombanın partladılması nəticəsində bir nəfər ölmüş, iki nəfər yaralanmışdı.
İŞİD terrorçuları iraqlı qüvvələr qarşısında ardıcıl məğlubiyiyətlərdən sonra İraqın müxtəlif şəhərlərində mülki əhalini qırğın etməyə üz tutublar.