İordaniyadakı suriyalı didərginlər öz ölkələrinə qayıdırlar
https://azeri.sahartv.ir/news/qərbi_asia-i287689-İordaniyadakı_suriyalı_didərginlər_öz_ölkələrinə_qayıdırlar
Birləşmiş Millətlər Təşkilatının didərginlər üzrə ali komissarlığının sözçüsü hər ay İordaniyadan Suriyaya min nəfər didərginin qayıtdığını bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 28, 2017 07:30 Asia/Baku
  • İordaniyadakı suriyalı didərginlər öz ölkələrinə qayıdırlar
    İordaniyadakı suriyalı didərginlər öz ölkələrinə qayıdırlar

Birləşmiş Millətlər Təşkilatının didərginlər üzrə ali komissarlığının sözçüsü hər ay İordaniyadan Suriyaya min nəfər didərginin qayıtdığını bildirib.

Avqust ayının 7-də İordaniya paytaxtı omanda Amerika, Rusiya və İordaniya arasında imzalanan atəşkəs müqaviləsi 11 noyabrda böhransız bölgələrin yaradılması üzrə növbəti razılaşmanın əldə olunması ilə nəticələndi. 

Əl-Aləm telekanalının verdiyi məlumata görə, BMT-nin didərginlər üzrə ali komisarlığının İordaniya üzrə sözçüsü Məhəmməd Əl-Həvari dünən bildirib ki, oktyabr ayında 750, sentyabr ayında 1078 və avqust ayında 1203  suriyalı öz ölkəsinə qayıdıb və bu statistika suriyalı didərginlərin öz ölkələrinə qayıtmalarında artımın baş verdiyini göstərir.