Noy 28, 2017 12:50 Asia/Baku
  • Səudiyyə şahzadələrinə işkəncə verilir
    Səudiyyə şahzadələrinə işkəncə verilir

Ərəbcə fəaliyyət göstərən 21 portalı Ərrəyadda saxlanılan səudiyyəli şahzadələrə işkəncə verilməsi barədə məlumatlar yayıb.

21 portalının bildirdiyinə görə, Səudiyyə təhlükəsizlik agentlikləri vəliəhd Məhəmməd Bin Salmanın birbaşa əmri ilə Ali-Səud xanədanında qadınların həbsinə başlayıblar və onların saxlanılması üçün başqa bir hotel nəzərdə tutulub. 

Bir səudiiyyə mənbəyi bu portala bildirib ki, Saxlanılan qadın şahzadələrin çoxu Səudiyyə Ərəbistanının keçmiş kralı Abdulla Bin Əbdül-Əziz Ali-Səudun qızlarından ibarətdir. 

Ali-Səudun kişi şahzadələri də öncə həbs edilmişdilər. 

Sözü gedən qaynağın bildirdiyinə görə, Ərrəyadda saxlanılan şahzadələr üçün nəzrədə tutulan hərhansı hötelin birinci mərtəbəsi müvəqqəti xəstəxanaya çevrilir ona görə ki, döyülən və işkəncə edilən şahzadələr orada müalicə olunsunlar. 

Bu məlumatda deyilir: Sözü gedən hotellərdə əsaslı dəyişikliklər yaradılaraq onlar həbsxana şəraitinə yaxınlaşdırılıb və pəncərələrində manelər quraşdırılıb, otaqlardan bir çox rifahi imkanlar yığışdırılıb. 

Teqlər