Yəmənlilər Səudiyyə hərbçiləri və onların muzdlularının mövqelərinə hücum ediblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i287707-yəmənlilər_səudiyyə_hərbçiləri_və_onların_muzdlularının_mövqelərinə_hücum_ediblər
Yəmən ordusunun artileriya bölmələri və xalq müqavimət komitələri Yəmənin mərkəzində yerləşən Məarib və şərqindəki Əsilan bölgələrində əcnəbi təcavüzkarların muzdlularının toplaşdıqları məkanları və müdafiə istehkamlarını hədəfə alıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 28, 2017 13:00 Asia/Baku
  • Yəmənlilər Səudiyyə hərbçiləri və onların muzdlularının mövqelərinə hücum ediblər
    Yəmənlilər Səudiyyə hərbçiləri və onların muzdlularının mövqelərinə hücum ediblər

Yəmən ordusunun artileriya bölmələri və xalq müqavimət komitələri Yəmənin mərkəzində yerləşən Məarib və şərqindəki Əsilan bölgələrində əcnəbi təcavüzkarların muzdlularının toplaşdıqları məkanları və müdafiə istehkamlarını hədəfə alıblar.

İRİB-in bu gün verdiyi məlumata görə, bir yəmənli hərbi qaynaq bildirib ki, Yəmən ordusu və xalq komitələri qüvvələri Cəbəl Səlb bölgəsində əcnəbi muzdluların mövqelərinə qarşı hücumda onlardan bir neçəsini öldürüb və yaralayıblar. 

Eyni zamanda Əsilanın ətrafında Əl-Münətif bölgəsində də əcnəbi muzdluların mövqeləri hədəfə alınıb. 

Yəmən ordusu və xalq komitələrinin raket bölmələri Səudiyyə Ərəbistanının Ceyzan, Nəcran və Əsir bölgələrində də Səudiyyə hərbçiləri və onların muzdlularıın mövqelərini hədəfə alıblar.