Knesset Netanyahunun məhkum edilməsinə mane olmağa çalışır
Sionist rejim parlamenti bir qanun qəbul edərək, bu rejimin baş nazirinin bir korrupsiya işində məhkum edilməsinə mane olmağa çalışır.
Sionist rejim parlamenti- knesset bu qanunda korrupsiya ilə bağlı həmin rejimin baş naziri Benyamin Netanyahuya bəraət qazandırır. Bu qanun həmçinin sionist rejim polisinin öz qüdrətindən həbslər üçün istifadə etməsini əngəlləyir.
Bir ildən çoxdur ki, sionist rejim polisi bir neçə dəfə Benyamin Netanyahunu və onun arvadı Saranı korrupsiya, rüşvətxorluq və şəxsi istehlaklar üçün dövlət büdcəsindən istifadə etmək səbəbiylə istintaq edibdir.
Sionist rejimin başçıları arasında maliyyə və əxalq pozğunluqları adi bir hal alıbdır. Belə ki, son bir neçə ildə bu rejimin onlarla siyasi və hərbi başçısı, o sıradan həmin rejimin kemiş başçısı Muşe Katsav və keçmiş baş naziri İhud Olmert korrupsiya işlərinə görə, vəzifələrindən istefa verməyə məcbur olublar.