Beynəlxalq sionizm Misirin Sina məntəqəsindəki terror hücumunun amilidir
Misirdə ən böyük müstəqil qəzetin şərhçisi beynəlxalq sionizmi ötən cümə günü Misirin Sina məntəqəsindəki bir məsciddə törədilmiş qətli-amda əlinin olmasında ittiham edib.
Əbdulnasir Səlamə bu qəzetlə müsahibədə deyib: Qüdsü işğal etmiş rejim Sina sakinlərini boşaltmaq və özünün ekspansianist gündəminin bir hissəsində bu məntəqəni yenidən işğal etmək istəyir.
Səlamə əlavə edib: Əlruzə məscidində qətli-amı sionist rejim təşkil etmişdi və bu məsələyə ciddi yanaşmaq lazımdır.
Bu böyük misirli şərhçi vurğulayıb: Sionist rejimin hərəkətləri ilə Misirdə yaranmış iğtişaş və çəkişmələr fələstinlilərə dəstəklərə diqqətin yayınmasına bais olub və bu, sionist rejimin istədiyi bir şeydir.
Əbdulnasir Səlamə həmçinin bir çox misirli şərçi və nəzəriyyəçini Misirdəki son qətli-am ilə bağlı sionist rejimi məzəmmət etməməsinə görə, tənqid edibdir.
Xatırladaq ki, noyabrın 24-də Misirin Şimaili Sina vilayətindəki Ələriş şəhərində yerləşən Əlruzə məscidinə qarşı hücumda 305 nəfər həyatını itirdi, onlarla nəfər də bədən xəsarəti aldı.