Noy 30, 2017 10:01 Asia/Baku
  • İƏT İsrail rejiminin işğalçılığına son qoyulmasını istədi
    İƏT İsrail rejiminin işğalçılığına son qoyulmasını istədi

İslam Əməkdaşlıq Təşkilatının baş katibi bir bəyanat verərək beynəlxalq ictimaiyyətdən sionist rejimin işğalçılığına son qoyulması və Qüdsün paytaxt olması ilə müstəqil Fələstin dövlətinin təşkil olunmasına şərait yaratmasını istəyib.

Fələstin İnformasiya Mərkəzinin məlumatına görə, İslam Əməkdaşlıq Təşkilatı İƏT-in baş katibi Yusif Əsimin çərşənbə günü yayımlanan bəyanatda bildirib: Beynəlxalq ictimaiyyət Fələstin xalqının haqqında ədalətin gerçəkləşməsi, bu xalqın öz müqəddəratını təyinetmə hüququndan istifadə etməsinə şəraitin yaranması və fələstinli didərginlərin məsələləri üçün ədalətli həll yolunun tapılması ilə bağlı üzərinə düşən məsuliyyəti yerinə yetirsin. 

Bu arada İslam Əməkdaşlıq Təşkilatının insan haqları üzrə daimi və müstəqil heyəti bir bəyanat verərək sionist rejim tərəfindən fələstinlilərin hüquqlarının durmadan pozulması, xüsusilə də fələstinlilərin həyat, ibadət, sərbəst gəzməklə bağlı əsaslı hüquqlarının pozulmasını pisləyib. 

Teqlər