İnsan Haqları Gözətçisi Ali-Xəlifə rejiminin Yəmənə hücumda iştirak etməsindən nigaranlıq edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i287889-İnsan_haqları_gözətçisi_ali_xəlifə_rejiminin_yəmənə_hücumda_iştirak_etməsindən_nigaranlıq_edib
İnsan Haqları Gözətçisi Təşkilatında Qərbi Asiya və Şimali Afrika departamentinin rəhbəri deyib: Bu təşkilat Bəhreynin Yəmən əleyhinə müharibədə iştirak etməsindən nigarandır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 30, 2017 14:49 Asia/Baku
  • İnsan Haqları Gözətçisi Ali-Xəlifə rejiminin Yəmənə hücumda iştirak etməsindən nigaranlıq edib
    İnsan Haqları Gözətçisi Ali-Xəlifə rejiminin Yəmənə hücumda iştirak etməsindən nigaranlıq edib

İnsan Haqları Gözətçisi Təşkilatında Qərbi Asiya və Şimali Afrika departamentinin rəhbəri deyib: Bu təşkilat Bəhreynin Yəmən əleyhinə müharibədə iştirak etməsindən nigarandır.

Əl-Məyadin televiziyasının məlumatına görə, Sara Vitsen deyib: Bəhreynin insan haqları vəziyyətində heç bir müsbət dəyişiklik baş verməyib. Bu ölkədə vəziyyət sürətlə pisləşməkdədir. 

Vitsen deyib: Regionumuz insan haqlarının vəziyyətinin yaxşılaşması üçün Bəhreyn hökumətinin öhdəliklərini yerinə yetirmədiyi zamana qədər bu ölkəyə silah ixrac olunmaması qənaətindədir. Biz Bəhreynin Yəmən əleyhinə müharibədə iştirak etməsi və Bəhreyn qırıcı təyyarələrinin Yəmən əleyhinə koalisiya çərçivəsində qeyri-qanuni yüzlərlə hücum etməsindən nigaranıq. Təəssüflər olsun ki, insan haqlarının vəziyyətində heç bir müsbət dəyişiklik baş verməyib və vəziyyət sürətlə pisləşməkdədir.