İŞİD-in Suriyadakı sığınacaqlarında ABŞ silahları aşkar edilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i287965-İŞİd_in_suriyadakı_sığınacaqlarında_abŞ_silahları_aşkar_edilib
Suriya ordusu Deyrəzzurun ətrafında İŞİD terrorçularına məxsus sığınacaqlarda ABŞ və Avropa istehsalı olan silahlar aşkar edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 01, 2017 09:11 Asia/Baku
  • İŞİD-in Suriyadakı sığınacaqlarında ABŞ silahları aşkar edilib
    İŞİD-in Suriyadakı sığınacaqlarında ABŞ silahları aşkar edilib

Suriya ordusu Deyrəzzurun ətrafında İŞİD terrorçularına məxsus sığınacaqlarda ABŞ və Avropa istehsalı olan silahlar aşkar edib.

Əl-Aləm kanalının verdiyi məlumata görə, İŞİD terrorçularının istifadəsində olan bu amerikan və Avropa silahları Əşarə, Səbixan və Salihiyə məntəqələrində gizlədilibmiş.

Suriya ordusu daha öncə də İŞİD-in sığınacaqlarından ABŞ və Avropa istehsalı olan silahlar aşkar etmişdi.