Hələb şəhərində quruculuq işlərinə başlanıldı
Dek 01, 2017 19:31 Asia/Baku
-
Hələb şəhərində quruculuq işlərinə başlanıldı
Suriya dövləti xarabalığa çevirilmiş tarixi Hələb şəhərində abadlıq və quruculuq işlərinin başlanılmasından xəbər verib.
Asoşeyted Press-in verdiyi məlumata görə, Suriya hökuməti terrorizm ilə mübarizədə ciddi zərər və ziyana məruz qalmış binalarda bərpa işlərinə başlayıb. Amma, bərpa və quruculuq əməliyyatının sürəti hələ ki, çox zəifdir.
Hələb Şəhər Şurasının üzvü Rim Xanci deyir: Hələbdəki binalar ciddi zərər və ziyanlara məruz qalıblar. Və biz ilk olaraq tarixi binaların bərpa edilməsinə başlamışıq.