Yəmənli alimlər Ərəbistanda bir sionistin müqəddəs məkanlara hörmətsizliyini pislədilər
-
Yəmənli alimlər Ərəbistanda bir sionistin müqəddəs məkanlara hörmətsizliyini pislədilər
Yəmən Alimlər Birliyi Yəmən xalqı əleyhinə davamlı cinayətlərinin kənarında, bir sionistin Peyğəmbər Məscidinə daxil olması üzrə Səudiyyə Ərəbistanının hərəkətini pisləyiblər.
Əl-Aləm televiziyasının məlumatına görə, Yəmən Alimlər Birliyi cümə günü bir bəyanatda Səudiyyə Ərəbistanının hərəkətini Ali-Səud və sionist rejimin əlbirliyinin islam və müsəlmanlara zərəri, sionistlərin mövqeyinin təsbiti, sionizm və ABŞ-ın müsəlmanların əmlakını qarət etmək üzrə planına xidmət adlandırıblar.
Yəmən Alimlər Birliyi bu bəyanatda bütün müsəlmanlar, o cümlədən birliklər və ictimai şəxsiyyətlərdən bu təhlükəli hərəkət və müsəlmanların müqəddəslərinə hörmətsizlik qarşısında öz şəri mövqelərini elan etmələrini istəyiblər.
Bundan öncə də Yəmən Ənsarullahı Hərəkatının rəhbəri Əbdülməlik əl-Husi bir çıxışında Ali-Səud rejiminin sionistlərdən birinin peyğəmbər (s.ə.s) məscidinə daxil olmasına icazə verməsini sərt şəkildə pisləmişdi.
Son aylarda ərəblər, xüsusilə də Səudiyyə Ərəbistanının sionist rejimlə əlaqələrinin normallaşması prosesi sürətlənmişdir.