Yəmən mənbələri: Sənada vəziyyət nəzarət altındadır
-
Yəmən mənbələri: Sənada vəziyyət nəzarət altındadır
Yəmənin Ənsarullah Hərəkatı keçmiş prezident Əli Abdullah Saleh tərəfindən paytaxt Sənada alovlandırılan fitnə odunu söndürərək, iğtişaşçılar üzərində qələbə çalıb.
Ötən 3 ildə Yəmənin Ənsarullah Hərəkatı ilə koalisiyada olan sabiq prezident Əli Abdullah Saleh indi Ərəbistanın başçılıq etdiyi ərəb ölkələri koalisiyası ilə barışığa hazır olduğunu elan edib və öz tərəfdarlarından Ənsarullaha qarşı savaşmalarını istəyib.
Ənsarullah Hərəkatının baş katibi Əbdülmalik Əl-Husi isə televiziya vasitəsi ilə etdiyi çıxışında Əli Abdullah Salehdən fitnəkarlığa son qoymasını və yəmənlilərin həyatı ilə oynamamasını istəyib: “Ənsarullah Yəmənin sabiq prezidenti Əli Abdullah Salehin Ərəbistanın başçılıq etdiyi koalisiya ilə ahəngdar qaydada bu hərəkata qarşı başlatdığı fitnə odunu söndürməyi bacardı. Ənsarullah bu fitnəni Ərəbistanın başçılıq etdiyi koalisiyaya xidmət və ötən 3 ildə şəhid olan yəmənlilərə xəyanət hesab edir.”
Bu arada Ərəbistanın başçılıq etdiyi anti-Yəmən koalisiyası Əli Abdullah Salehin Ənsarullah Hərəkatı ilə koalisiyasını sonlandırması və bu hərəkata qarşı savaş elan etməsini alqışlayıb. Ənsarullah isə Əli Abdullah Salehin bu hərəkətini Yəmən xalqına xüsusilə də ötən 3 ildə şəhid olanların qanına xəyanət adlandırıb.
Yəmənin təhlükəsizlik qüvvələri də Ali Siyasi Şuranın baş çısı Saleh Əs-Səmadın göstərişi əsasında fitnə odunu elə ilkin mərhələdə cilovlayaraq, zərərsizləşdiriblər.
Ənsarullah Hərəkatının Siyasi Şurasının üzvlərindən olan Zeyfullah Şami deyir: “Biz Əli Abdullah Saleh ilə koalisiyanın davam edəcəyini gözləmirdik. Çünki, O, həmişə təcavüzkarlar qarşısında təslim olub. O, daim öz müttəfiqlərinə qarşı çevriliş edib. Biz onun bir gün Ənsarullaha qarşı çıxacağını bilirdik. Bu sadəcə zaman məsələsi idi. Buna görə də biz özümüzü belə bir günü hazırlayırdıq.”
Digər tərəfdən Ənsarullah Hərəkatının sözçüsü Məhəmməd Əbdüssəlam vəziyyətin nəzarət altında olduğunu və Salehin iğtişaşa səbəb olduğu məntəqələrdə artıq sakitliyin bərqərar edildiyini bildirib. Əbdüssəlam Salehin tərəfdarı olan yaraqlıların ya öz mövqelərini tərk edərək, qaçdıqlarını, ya da təhlükəsizlik qüvvələrinə təslim olduqlarını deyib: “Mövcd böhranın başlıca səbəbkarı olan qarşı tərəf bəzi şəhərləri və Sənanın müəyyən hissələrini öz nəzarəti altına almağa çalışdı. Mən Əli Abdllah Salehin sözlərini Yəməndəki fitnənin başlıca amili hesab edirəm. Amma, xalq qüvvələri bəzi böyük qəbilə başçılarının köməyi ilə vəziyyəti nəzarət altına almağı və Salehin tərəfdarları tərəfindən ələ keçirilən hərbi hissələrə nəzarəti təmin etməyi bacarıblar.”
Hazırda paytaxt Sənada sakitlik hökm sürür. Bu da Salehin alovlandırdığı fitnə odnun söndürülməsindən xəbər verir.