Ə.A. Salehin qaçarkən öldürüldüyü barədə məlumatlar yayılıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i288231-Ə.a._salehin_qaçarkən_öldürüldüyü_barədə_məlumatlar_yayılıb
Yəməndəki məlumatlı mənbələr bu ölkənin keçmiş prezidenti Əli Abdullah Salehin öldürülməsindən xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 04, 2017 13:11 Asia/Baku
  • Ə.A. Salehin qaçarkən öldürüldüyü barədə məlumatlar yayılıb

Yəməndəki məlumatlı mənbələr bu ölkənin keçmiş prezidenti Əli Abdullah Salehin öldürülməsindən xəbər veriblər.

Yəməndəki məlumatlı mənbələr bu gün bildiriblər: Yəmənin keçmiş prezidenti Əli Abdullah Saleh Zəmar-Biyza şosesində Yəmən milli konqres partiyasının baş katibi Yasir Ələvazi və öz müavini Arif Zəka ilə birlikdə öldürülüb.

Bu məlumata görə, hələ Əli Abdullah Salehin ölümünün səbəbi və tərzi barədə bir xəbər yayılmayıbdır.

Yəmənli jurnalist Usamə Sari də deyibdir ki, Əli Abdullah Saleh Sənadan Marəb vilayətinə doğru qaçarkən "Xulan Əltiyal" adlı təhlükəsizlik nöqtəsində öldürülüb.

Onun sözlərinə görə, Əli Abdullah Saleh Ərəbistandan və Yəmənin istefa vermiş dövlətindən asılı hərbçilərdən olan Əli Muhsin Ələhmər ilə onu Marəb vilayətinə qaçırtmaq üçün öncədən qərarlaşmışdı ki, oradan da Birləşmiş Ərəb Əmirliklərinə köçürülmüş olsun.

İnformasiya mənbələri habelə bildiriblər ki, onun mənzili bu gün Sənada gedən döyüşlər zamanı yanğına düçar olubdur. Bundan öncə də Əli Abdullah Salehin övladının mənzili Yəmənin ordu və təhlükəsizlik qüvvələrinin nəzarətinə keçmişdi.

Yəmənin paytaxtı son günlər Yəmənin keçmiş prezidenti Əli Abdullah Salehin qüvvələrilə Ənsarullah hərəkatının tabeliyində olan qüvvələr arasında döyüşlərin şahidi olubdur.