Yəməndə fitnəçilər Səudiyyənin himayəsindən faydalanırdılar
https://azeri.sahartv.ir/news/qərbi_asia-i288281-yəməndə_fitnəçilər_səudiyyənin_himayəsindən_faydalanırdılar
Yəmən Ali Siyasi Şurasının sədri deyib: Yəmənin Milli Qurtuluş hökuməti ölkənin bütün regionlarında xalqın təhlükəsizliyinin mühafizəsi qarşısındakı öz qanuni və əxlaqi öhdəliyini yerinə yetirib və bundan sonrada belə edəcək.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Dek 05, 2017 06:49 Asia/Baku
  • Yəməndə fitnəçilər Səudiyyənin himayəsindən faydalanırdılar
    Yəməndə fitnəçilər Səudiyyənin himayəsindən faydalanırdılar

Yəmən Ali Siyasi Şurasının sədri deyib: Yəmənin Milli Qurtuluş hökuməti ölkənin bütün regionlarında xalqın təhlükəsizliyinin mühafizəsi qarşısındakı öz qanuni və əxlaqi öhdəliyini yerinə yetirib və bundan sonrada belə edəcək.

İRNA-nın verdiyi məlumata görə, Yəmənin keçmiş prezidenti Əli Abdullah Salehin öldürülməsinsən sonra Yəmən Ali Siyasi Şurasının sədri Saleh Əssəmad deyib : Məkirli plan hazırlayanlar Səudiyyə Ərəbistanının siyasi, locestik və mediya dəstəyinə arxalanırdılar. 

Yəmən Ali Siyasi Şurasının sədri təxribatçı ünsürlər və onların başçısının məhv olunduğunu bildirərək siyasi şuranın üzvlərinə xitabən deyib: Yəmən xalq komitələri siyasi prossesi davam etdirmək və təcavüzkarlarla qarşılaşmaq üçün Milli Konqres üzvlərinin kənarında duracaq. 

Saleh Əssəmad Yəmənin hər bir yerində təhlükəsizlik və sabitliyin bərqərar olunduğunu bildirərək xatırladıb ki, son fitnədə aldanmışlar əfvə şamil olacaqlar.