Dek 05, 2017 13:04 Asia/Baku
  • Yəmən Məhkəmə Şurası cinayətkarların həbsinə göstəriş verib
    Yəmən Məhkəmə Şurası cinayətkarların həbsinə göstəriş verib

Yəmənin Ali Məhkəmə Şurası ölkənin məhkəmə aparatı və müvafiq qrumlarını ümumi mənafeyə riayətlə məsuliyyət qəbul edərək cinayətkarları axtarışa vermək və onları ədliyyə aparatına təqdim etməyə çağırıb.

Əl-Aləm telekanalının verdiyi məlumata görə, Yəmən Ali Məhkəmə Şurası ölkədə təhlükəsizliyin pozulması amillərinin cəzalandırılmalarına təkid edərək Yəmənin keçmiş prezidenti Əli Abdullah Salehin və onun tabeliyində olan yaraqlıların, təcavüzkar ölkələrə qoşulmaq, vətəndaşları ümumi isyana çağırmaq, ölkəni vətəndaş müharibəsinə sürükləmək, dövlət və özəl əmlakını məhv etmək kimi cinayətkar hərəkətlərini pisləyib. 

Yəmənin Ali Məhkəmə Şurası həmçinin ölkənin Ali Siyasi Şurasına dəstək verdiyini xatırladıb və ölkədə təhlükəsizlik və sabitliyin eləcə də ümumi asayişin mühafizəsi sahəsində ordu, təhlükəsizlik qüvvələri və xalq komitələrinin fəaliyyətini yüksək qiymətləndirib. 

Yəmənin Daxili İşlər Naziri öncə bildirmişdi ki, təhlükəsizlik qüvvələri təxribatçı və xayin ünsürlər və onların başçılarının çoxunu həbs edib və bir çox təxribatçı da özünü təhlükəsizlik qüvvələrinə təslim edib. 

Teqlər