Həniyyə ABŞ-a xəbərdarlıq etdi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i288407-həniyyə_abŞ_a_xəbərdarlıq_etdi
Fələstin İslam Müqaviməti Hərəkatı HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Həniyyə deyib: ABŞ səfirliyinin işğal olunmuş Qüdsə köçürülməsi və bu şəhərin İsrail rejiminin paytaxtı olaraq rəsmən tanınması bütün qırmızı xətləri keçməkdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 06, 2017 08:02 Asia/Baku
  • Həniyyə ABŞ-a xəbərdarlıq etdi

Fələstin İslam Müqaviməti Hərəkatı HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Həniyyə deyib: ABŞ səfirliyinin işğal olunmuş Qüdsə köçürülməsi və bu şəhərin İsrail rejiminin paytaxtı olaraq rəsmən tanınması bütün qırmızı xətləri keçməkdir.

İRİB-in məlumatına görə, İsmayıl Həniyyə çərşənbə axşamı günü ərəb və islam ölkələri dövlət başçılarına ünvanladığı məktublarda ABŞ prezidenti Donald Trampı işğal olunmuş Qüds şəhərini yəhudiləşdirmək üçün İsrail rejimini dəstəkləməkdə suçlayıb və bildirib: ABŞ səfirliyinin işğal olunmuş Qüds şəhərinə köçürülməsi vəziyyətin gərginləşdirilməsi mənasındadır.