Dek 06, 2017 11:46 Asia/Baku
  • Fələstin qrupları: Qüds Fələstinin qırmızı xətti və paytaxtıdır

Fələstinin milli qrupları və partiyaları Qüdsün İsrailin paytaxtı olaraq rəsmən tanınması və ya ABŞ səfirliyinin işğal olunmuş Qüdsə köçürülməsinə dair Vaşinqtonun hədələrinə ciddi şəkildə qarşı çıxdıqlarını elan ediblər.

Fələstin İnformasiya Mərkəzinin məlumatına görə, çərşənbə axşamı günü Fələstin İslam Müqaviməti Hərəkatı HƏMAS-ın dəvəti, bu hərəkatın siyasi bürosunun rəhbəri İsmayıl Həniyyə, Həmasın Qəzzə zolağındakı rəhbəri Yəhya Sənvarın iştirakı ilə keçirilən iclasda Fələstin qrupları Qüds qarşısında milli mövqe və milli barışıq prosesini araşdırıblar. 

Fələstin Azadlığı Uğrunda Demokratik Cəbhənin rəhbərlərindən Təllal Əbu Zərifə deyib: Fələstin qrupları bu iclasda ABŞ-ın təhdidləri ilə mübarizə haqda dörd əsas məsələ üzərində razılığa gəldiliər. Onlardan biri xalq səfərbərliyi vasitəsi ilə ABŞ-ın hərəkətinə qarşı ictimai hərəkatı gücləndirməkdir. 

Teqlər