Dek 07, 2017 19:06 Asia/Baku
  • İsmayıl Həniyyə: Qüds və Qərb Sahilinin azad edilməsi intifazəsi başlandı
    İsmayıl Həniyyə: Qüds və Qərb Sahilinin azad edilməsi intifazəsi başlandı

Həmas-ın siyasi şurasının sədri deyib: Qüdsün İsrailin paytaxtı elan edilməsi sülh prosesinin başa çatmasıdır və sabah "Qəzəb" və "Qüds və Qərb Sahilinin Azad Edilməsi İntifazəsi"nin başlandığı gün olacaq.

Həmas-ın siyasi bürosunun başçısı İsmayıl Həniyyə cümə axşamı ABŞ prezidenti Donald Trampın rəsmən Qüdsü İsrailin paytaxtı olaraq tanıdığını elan etməsinə reaksiya olaraq deyib: Sülh danışıqları həmişəlik olaraq bir kənara qoyulur və artıq "Əsrin Anlaşması" və ya hansısa bir başqa adlı müqavilədən danışmağa belə dəyməz. Bunların hamısı birdəfəlik olaraq dəfn edildilər.

İsmayıl Həniyyə əlavə edib: ABŞ-ın Qüdslə bağlı qərarı "Daş İntifazəsi"nin ildönümü ərəfəsində elan edilir və Fələstində formalaşan bütün intifazələr Qüds adına olub. İsrail qondarma bir rejimdir. Xarici varlığı olmayan bir ölkə üçün paytaxtın təyin edilməsi gülünc məsələdir. Fələstinlilər Qüds və Fələstin əleyhinə  yeni fitnələrlə mübarizə aparmaq üçün strategiyalar və siyasətlərin təyin edilməsini istəyirlər.

Həmas-ın siyasi bürosunun sədri Qüdsün vahid olduğunu, şərq və qərb hissələrinə bölünmədiyini deyərək, bu müqəddəs şəhərin fələstinlilərə, ərəblərə və müsəlmanlara aid və Fələstin dövlətinin paytaxtı olduğunu bildirib.

İsmayıl Həniyyə sonda yaranmış vəziyyəti araşdırmaq üçün dərhal hərtərəfli bir Fələstin iclasının keçirilməsini, vahid siyasi mövqeyin seçilməsini zəruri adlandırıb və deyib: Sadəcə yeni bir intifazə ilə İsrailin ABŞ tərəfindən  himayə edilən siyasətləri ilə mübarizə aparmaq olar. Bunun üçün fələstinlilər yeni bir intifazə çərçivəsində fəaliyyət göstərməlidirlər.

Teqlər