Fələstinin Tehrandakı səfiri: İsrailin paytaxtının dəyişdirilməsi planı uğursuzluğa məhkumdur
https://azeri.sahartv.ir/news/qərbi_asia-i288533-fələstinin_tehrandakı_səfiri_İsrailin_paytaxtının_dəyişdirilməsi_planı_uğursuzluğa_məhkumdur
Fələstinin Tehrandakı səfiri işğal altında olan Fələstin ərazilərində əks-mühacirətin xeyli genişləndiyini deyərək, sionist rejimin paytaxtının dəyişdirilməsi planının məhvə məhkum olduğunu bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 07, 2017 15:54 Asia/Baku
  • Fələstinin Tehrandakı səfiri: İsrailin paytaxtının dəyişdirilməsi planı uğursuzluğa məhkumdur
    Fələstinin Tehrandakı səfiri: İsrailin paytaxtının dəyişdirilməsi planı uğursuzluğa məhkumdur

Fələstinin Tehrandakı səfiri işğal altında olan Fələstin ərazilərində əks-mühacirətin xeyli genişləndiyini deyərək, sionist rejimin paytaxtının dəyişdirilməsi planının məhvə məhkum olduğunu bildirib.

İRNA-nın məlumatına görə, Səlah Əl-Zəvavi cümə axşamı Tehranda jurnalistlər qarşısında deyib: ABŞ prezidenti Donald Trampın Qüdsü sionist rejimin paytaxtı elan etməsi, onun Fələstin məsələsinin həlli ilə bağlı vədlərinin yalandan başqa bir şey olmadığını sübut etdi.

Fələstinin Tehrandakı səfiri daha sonra deyib: İslam ölkələri bu məsələ qarşısında şəri baxımdan məsuliyyət daşıyırlar. İslam ölkələri öz etirazları və reaksiyalarını bir cihadçı proqrama çevirməlidirlər.

İslam İnqilabının Böyük Rəhbərinin və İran rəsmilərinin Fələstin məsələsi ilə bağlı mövqelərini alqışlayan Səlah Əl-Zəvavi əlavə edib: Bütün İslam ölkələri bacardıqları qədər Fələstinin işğaldan azad edilməsinə kömək etməlidirlər.

Fələstinin Tehrandakı səfiri sonda beynəlxalq təşkilatların Fələstini ilə həmrəylik üzrə qətnamələr qəbul etməklə kifayətlənmələrini tənqid edərək, deyib: Fələstinlilər öz torpaqlarını azad edəcəkləri zamana kimi mübarizə aparacaqlar. Çünki, İsrailin izlədiyi layihə "Böyük İsrail" layihəsidir.