Ayətullah Sistani Qüdsün Fələstin xalqına qaytarılması üçün çağırış etdi
İraq şiələrinin təqlid mərcələrindən olan Ayətullah Sistani deyib: İslam Ümməti Qüdsü fələstinlilərə qaytarmaq üçün birləşməlidir.
Ayətullah Sistani cümə axşamı ABŞ-ın Qüdsü işğalçı sionist rejimin paytaxtı kimi tanımasını kəskin formada qınayıb və deyib: ABŞ prezidentinin bu ölkə səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi və Qüdsü sionist rejimin paytaxtı olaraq tanımaq qərarı yüz milyonlarla ərəb və müsəlmanın hislərini incidib.
İraq şiələrinin ali təqlid mərcəyi əlavə edib: ABŞ hökumətinin Qüds əleyhinə qərarı bu müqəddəs məkanın işğal edilmiş bir ərazi olması və onun həqiqi sahiblərinə yəni fələstinlilərə qaytarılması gerçəkliyini dəyişməyəcək.
İraqın Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd Məhcub da bir bəyanat yayaraq, ABŞ-ın Bağdaddakı səfiri Duqlas Silimanı ABŞ prezidentinin Qüds ilə bağlı qərarına etiraz olaraq Xaraici İşlər Nazirliyinə çağırtdırıb və ona etiraz notası təqdim edib.
İraqın Milli Hikmət Partiyasının sədri Əmmar Həkim və Sədr qrupunun başçısı Müqtəda Sədr də Trampın ABŞ səfirliyinin Qüdsə köçürülməsi ilə bağlı qərarını müsəlmanların Fələstin məsələsinə laqeyd münasibətinin nəticəsi adlandırıb və xəbərdarlıq ediblər.
Müqtəda sədr həmçinin, dünya müsəlmanları və ərəb xalqlarına xitabən deyib: Ərəb və İslam ölkələri başçıları bilməlidirlər ki, Qüdsdən əl çəkmək onların süqutunun başlanğıcı olacaq.