Dek 07, 2017 20:32 Asia/Baku
  • İƏT ABŞ hökumətinin Qüdslə bağlı rəftarını qınadı
    İƏT ABŞ hökumətinin Qüdslə bağlı rəftarını qınadı

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ABŞ prezidenti Donald Trampın Qüdsü sionist rejimin paytaxtı olaraq tanımasını təəssüf doğuran hadisə adlandırıb.

İRNA-nın məlumatına görə, İƏT cümə axşamı bir bəyanat yayaraq, ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi ilə bağlı Trampın qərarını müsəlmanlara qarşı hörmətsizlik habelə,  beynəlxalq qanunlar və BMT-nin qətnamələrinə zidd adlandırıb.

İƏT Qüdsün İsrailin paytaxtı elan edilməsinin ABŞ-ın bir növ sülh əməliyyatı ilə bağlı rolunu zəiflətdiyini bildirib və 12-13 dekabrda İstanbulda üzv ölkələrin fövqəladə sammitinin keçirilməsini istəyib.

İƏT Trampın Qüds ilə bağlı qərarını müsəlmanlar üçün təhdid hesab etməklə yanaşı, bu addımı xristiyanlar və müsəlmanların Əl-Əqsa Məscidi ilə əbədi bağlarına qarşı da ciddi təhdid adlandırıb və dünya ictimaiyyətini bu məsuliyyətsiz hərəkət ilə mübarizədə əməkdaşlığa dəvət edib.

İslam Əməkdaşlıq Təşkilatı Qüds ilə bağlı mövqeyinin dəyişilməz olduğunu vurğulayıb və bildirib: Trampın qeyri-qanuni qərarı Qüdsü işğal etmiş rejimə legitimlik gətirməyəcək və Qüdsün tarixi mahiyyətini də dəyişməyəcək.

ABŞ prezidenti Donald Tramp çərşənbə günü regional və beynəlxalq etirazlara baxmayaraq, Qüdsü rəsmən İsrailin paytaxtı olaraq tanıdığını bildirib. Trampın bu hərəkəti dünya səviyyəsində ciddi etirazlara səbəb olub.

Teqlər