Fələstinlilər ABŞ-dan şikayət edib
Dek 08, 2017 12:04 Asia/Baku
Fələstin Özünüidarə Təşkilatı Beytül-Müqəddəsin sionist rejimin paytaxtı olaraq elan olunması ilə bağlı ABŞ-ın qərarından BMT Təhlükəsizlik Şurasına şikayət edib.
Sky Newsun məlumatına görə, Fələstinin BMT-dəki müşahidəçi nümayəndəsi Riyaz Mənsur deyib: Fələstin Özünüidarə Təşkilatı Qüds haqda ABŞ-ın son qərarına reaksiyada Təhlükəsizlik Şurasının dövri sədri, BMT baş katibi və bu təşkilatın Baş Assambleyasının katibinə məktublar ünvanlayıb.
Bu məktublarda ABŞ prezidenti Donald Trampın qərarının Təhlükəsizlik Şurasının qətnamələrinə və beynəlxalq ictimaiyyətin qərarlarına zidd olduğu bildirilib və Təhlükəsizlik Şurasından bu haqda öz məsuliyyətini dərhal yerinə yetirməsi istənilib.