Sionistlər fələstinlilərin qəzəb cüməsindən qorxuya düşüblər
Sionist rejim polisi ABŞ prezidentinin Qüds haqda qərarına qarşı fələstinlilərin aksiyalarını repressiya etmək üçün bu rejimin yüzlərlə ehtiyatda olan hərbçisinin Beytül-Müqəddəsə ezam olunduğunu bildirib.
Fransa İnformasiya Agentliyinin məlumatına görə, cümə günü Donald Trampın Beytül-Müqəddəsi sionist rejimin paytaxtı kimi elan etməsinə etiraz olaraq irimiqyaslı aksiya keçirilməsi qərara alınıb.
Məlumata görə, İsrail rejimi polisi bu aksiyaları yatırtmaq üçün bu rejimin yüzlərlə ehtiyatda olan hərbçisini bu gün Beytül-Müqəddəsə ezam edib.
Ötən gün, cümə axşamı günü də işğal olunmuş ərazilərdə işğalçı qüvvələrlə toqquşmada yüzdən çox fələstinli yaralanıb.
Sionist rejimin 2-ci televiziyasının məlumatına görə, İsrail ordusu İordan çayının qərb sahilindəki şəhər və kəndləri və Qəzzə zolağında Trampın qərarına reaksiyada baş verə biləcək hadisələri araşdırıb və dəyərləndirib.
Bundan öncə sionist rejimin bəzi təhlükəsizlik başçısı bu rejim baş naziri Benyamin Netanyahu və ABŞ hökumətinə xəbərdarlıq edib ki, Qüdsün statusu ilə bağlı hər hansı dəyişiklik gərginliyin artması ilə nəticələnəcək.