MBC kanalının aparıcısı işdən qovuldu \ Ərəbistan kralını tənqid etdiyi üçün
MBC kanalının müxbiri Ərəbistan kralının ABŞ səfirliyinin Qüdsə köçürülməsi məsələsi qarşısındakı passiv mövqeyini tənqid etdiyi üçün işdən qovulub.
MBC kanalının iordaniyalı aparaıcısı Əla Əl-Faris öz Tvitter səhifəsində ABŞ prezidenti Donald Trampın may ayında Ər-Riyada olan səfərinə işarə edib və yazıb: Tramp ABŞ səfirliyinin Qüdsə köçürülməsi ilə bağlı qərarını Ərəb ölkələrinə olan səfərinin ardınca və Ərəb ölkələrinin onun qərarına bu gecə etiraz edəcəklərini, amma, səhərisi gün alqışlayacaqlarını bildiyi üçün elan edib.
Əl-Aləm kanalının məlumatına görə, MBC kanalının aparıcısı Trampın Qüdslə bağlı qərarı və onun bu qərarı Ərəbistana olan səfərinin ardınca çıxartması haqda Tvitterdə paylaşdığı bu qalmaqallı yazının ardınca işdən qovulub. MBC kanalı Ərəbistana məxsusdur.
Ərəbistanın rəsmi dairələrinin bildirdiyinə görə, Əla Əl-Farisin paylaşdığı yazı Ərəbistana hörmətsizlik və Ərəbistan kralının Qüdslə bağlı mövqeyini lağa qoymaq sayılır.
ABŞ prezidenti Donald Trampın çərşənbə günü Qüdsü rəsmən İsrailin paytaxtı olaraq tanıdığını elan etməsinin ardınca, dünyanın bir çox ölkəsində insanlar Trampın bu qərarına etiraz olaraq aksiyalar keçirib.