Dek 10, 2017 09:44 Asia/Baku
  • Bu gün İraqda İŞİD-ə qələbə günüdür
    Bu gün İraqda İŞİD-ə qələbə günüdür

İraqın baş naziri Heydər Əl-İbadi dünən Bağdadda iraqlı jurnalistlər birliyinin konfransında etdiyi çıxışında İraqın terrorçu İŞİD qrupuna son qələbəsini elan edərək bazar günü dekabrın 10-cu gününü rəsmi tətil günü elan edib.

İRNA-nın verdiyi məlumata görə, Heydər Əl-İbadi İraq xalqının İŞİD-ə son qələbəsini elan edərək deyib: Hərhansı döyüşə hazır olmalıyıq. 

Əl-İbadi həmçinin İraq şiələrinin yüksək nüfuzlu təqlid mərcəyi Ayətullah Sistaniyə İraq xalqının İŞİD terrorçularına qələbəsi ilə nəticələnən tarixi fitvasında görə öz təşəkkürünü bildirib və deyib: Ən çətin dövrdə İraqın mühafizəsində mərcəiyyətin rolunu tarix qeyd edəcək.

Teqlər