Dek 10, 2017 14:17 Asia/Baku
  • İraqlı rəsmilər İŞİD-ə tam qələbədən razıdırlar
    İraqlı rəsmilər İŞİD-ə tam qələbədən razıdırlar

İraqıın silahlı qüvvələrinin İŞİD terrorçularına yekun qələbəsinin elan olunması ilə eyni zamanda bir çox iraqlı siyasi simalar iraqlı qüvvələrin bu əhəmiyyətli uğurundan razılıq ifadə ediblər.

Suməriyyə Nyus telekanalının verdiyi məlumata görə, İraq prezidenti Fuad Məsum İraqın İŞİD-ə qarşı tam qələbəsi münasibəti ilə xalqı təbrik edərək terrorçu və təkfirçi düşüncə ilə mübarizənin davam etdirilməli olduğunu vurğulayıb. 

İraq prezidenti İraqın silahlı qüvvələrinin, peşmərgənin və Əl-Həşdüşşəbi qüvvələrinin İŞİD-ə qarşı özlərindən nümayiş etdirdikləri igidliyi yüksək qiymətləndirib. 

İraqın qanun hökuməti koalissiyasının sədri Nuri Əl-Maliki də İraqın təkfirçi terrorçu İŞİD qarşısında qəti qələbəsi münasibəti ilə, İraq şiələrinin yüksək səviyyəli təqlid mərcəyi Ayətullah Sistaniyə təbrik edib. 

Teqlər