Dek 11, 2017 17:47 Asia/Baku
  • Ərəb və islam ölkələri ABŞ-dakı səfirliklərini bağlasınlar
    Ərəb və islam ölkələri ABŞ-dakı səfirliklərini bağlasınlar

Livan qəzeti bu ölkə parlamentinin sədri Nəbih Berrinin ərəb və islam ölkələrinin Qüdsün sionist rejimin paytaxtı elan olunmasına etiraz olaraq ABŞ-dakı səfirliklərini bağlamasını istədiyini yazıb.

Əl-Aləm televiziyasının məlumatına görə, Livanın əl-Cümhuriyyə qəzeti bu gün Nəbih Berriyə istinadla yazıb: Təxminən bir il öncə Fələstin İntifazəsinə dəstək konfransında elan olundu ki, Yaxın Şərqdəki müharibənin başlanğıc və son nöqtəsi Fələstindir və hamı bilməlidir ki, sionist rejim siyasi həll yolu ardınca deyil, onun gündəlik işğalçılığı bu məsələni qeyd edir. 

Nəbih Berri bildirib: ABŞ səfirliyinin Tələvivdən Qüdsə köçürülməsi də İsraili öz hərəkətlərini durmadan artırmağa təşviq edir. Buna görə, ərəb dünyası və müsəlmanlar bu hərəkətlər qarşısında hazır olmalıdırlar. Onlardan biri ərəb və islam ölkələrinin ABŞ-dakı səfirliklərini bağlamalarıdır. 

Livanın Əməl Hərəkatının sədri də olan Nəbih Berri bu hərəkatın Hizbullahın dəvəti ilə bu gün keçirilən Qüdsə dəstək yürüşündə iştirak etməsindən xəbər verib və deyib: Sabah da Beyrutda başqa bir yürüş keçiriləcək. Həmin yürüşdə Livanın bütün qrupları, partiyaları və fəalları fələstinlilərin yanında olacaqlar. 

Tramp ötən həftə çərşənbə günü Qüdsü sionist rejimin paytaxtı elan etməklə yanaşı, ABŞ səfirliyinin bu şəhərə köçürülməsi ilə razılaşıb və hazırlıq işlərinin görülməsinə göstəriş verib. 

Teqlər